Qəzet köşkləri danışıq kartlarını baha qiymətə satır
Qəzet satışı ilə məşğul olan bəzi köşklərdə ölkədəki bütün mobil
operatorların danışıq kartları 10 qəpik baha satılır. Movqe.az-ın
apardığı kiçik araşdırma zamanı bəlli olub ki, bu qanunsuz qiymət
artımını köşklər özləri edirlər. Köşklərin satıcıları isə
danışıq kartlarını baha qiymətə satmalarının səbəbini dilerlərdən
baha qiymətə almaları ilə əlaqələndiriblər. Amma mobil operatorlar
dilerlərə danışıq kartlarının satışında da qiymətdə heç bir
dəyişiklik etmədiklərini söyləyirlər. "Bakcell"in mətbuat
xidmətindən bildirdilər ki, "Bakcell" danışıq kartlarının
qiymətində heç bir dəyişiklik etməyibdir: "Azərbaycanda "Bakcell"in
danışıq kartlarını təklif edən 10 000-dən artıq müstəqil satış
nöqtələri mövcuddur. Bu satıcılar danışıq kartlarını bizim xüsusi
distribyuter və ya vasitəçilərdən əldə edərək son istifadəçilərə
satırlar. Bu cür satıcıların "Bakcell" şirkətinə heç bir aidiyyatı
yoxdur. "Bakcell" şirkətinin müstəqil surətdə fəaliyyət göstərən
satıcıların qiymət siyasətinə təsir etmək ixtiyarı və hüququ
yoxdur. Qiymətlərin aydın və anlaşıqlı olması üçün "Bakcell"
şirkəti hər kartın dəyərini kartın üzərində qeyd
edir".
Nar Mobile dan da danışıq kartlarına süni qiymət artımı edildiyini söylədilər. Şirkətin mətbuat xidmətindən bildirdilər ki, Nar Mobile mobil operatoru balansı artırmaq üçün 2, 5, 10, 20 və 50 AZN nominalında ödəniş kartlarını satışa çıxarır: "Yuxarıda qeyd olunan nominallar üzrə ödəniş kartlarının başqa və ya süni artırılmış qiymət ilə satışı qəti qadağandır və qeyri-qanunidir. Nar ödəmə kartlarını "Nar Dünyası" satış və xidmət mərkəzlərində, diler dükanlarında və ya digər ticarət məntəqələrində əldə etmək mümkündür. Bundan əlavə, Nar abunəçiləri balanslarını bank və ya bank filialları, AXM-lər, poçt və Paypoint köşkləri, həmçinin internet vasitəsilə də (GoldenPay və Azericard) ödəyə bilərlər.
"Azercell" Telekom-un mətbuat xidmətindən isə bildirdilər ki, paytaxtın bəzi satış məntəqələrində Azərbaycanın mobil rabitə operatoru "Azercell Telekom" MMC-nin sim kartlarının qiymətləri süni şəkildə artırılır: "Bakıda bəzi satış məntəqələrində Azercell Telekom-un danışıq kartlarının qiymətlərinin süni şəkildə artırılmasına dair dəfələrlə müraciət və suallar daxil olub. Şirkət bəyan edir ki, sim kartların nominal qiymətlərindən baha qiymətə satılması halları həmin kartların satıldığı məntəqələrin özbaşınalığı və Azercell şirkəti ilə razılaşdırılmamış fəaliyyətinin nəticəsidir".
İqtisadi İnkişaf Nazirliyindən isə bildirirlər ki, alıcıların seçim etmək imkanı var: "Alıcılar danışıq kartlarını hansı ticarət obyektində üzərində göstərilən qiymətə satırlarsa, həmin mağazadan da əldə edə bilərlər. Yəni seçim etmək imkanları var. O ki, qaldı danışıq kartlarının üzərindəki qiymətdən baha satımasına, burada əgər mobil operatorla müqavilə bağlanılmayıbsa, qanunazidd əməl yoxdur. Bəzi şəxslər başqa ticarət mərkəzlərindən danışıq kartlarını alıb gəlir əldə etmək üçün bir qədər baha qiymətə satırlar. Alıcının da imkanı var ki, seçim etsin. Yəni baha qiymətə satılan yerdən yox, üzərindəki qiymətə satılan ticarət obyektindən alsın. Amma dilerlərlə müqavilə əsasında ticarət obyektlərinə satılan danışıq kartlarının qiyməti, üzərində göstərilən qiymətdən baha deyil. Çünki, şirkət özü dilerlərə, dilerlər isə mağazalara danışıq kartının satışında müəyyən gəlir əldə etmək imkanı yaradır".