Əlaqə Arxiv
news Image
2012.05.02
17:09
| A A A
QHT rəhbəri Vəkillər Kollegiyasını ittiham etdi

"30 aprel 2012-ci il tarixində Vəkillər Kollegiyasının Rəyasət Heyəti "Vəkillər və vəkillik fəaliyyəti haqqında" Azərbaycan Respublikasının Qanununu kobud surətdə pozaraq mənim vəkillər Kollegiyasına üzv olmağım üçün Qanun 14-cü maddəsində nəzərdə tutulan and içmə tədbirinə buraxmayır. Rəyasət Heyəti səlahiyyət həddini aşaraq mənim Vəkillər Kollegiyasına üzv olmağıma imkan verməyib". Bu cümlələr hüquq müdafiəçisi, Vətəndaşların Əmək Hüquqlarının  Müdafiə Liqasının sədri Sahib Məmmədovun bəyanatında yer alıb. Movqe.az "Femida.az" saytına istinadən xəbər verir ki, S.Məmmədov bildirib ki, "Vəkillik və vəkil fəaliyyəti haqqında" Qanunun 8-ci maddəsinin 1-ci hissəsinə görə "İxtisas Kollegiyasında peşə yararlılığının müəyyən edilməsi məqsədi ilə yazılı testdən və şifahi müsahibədən ibarət olan ixtisas imtahanını müvəffəqiyyətlə vermiş və müvafiq icra hakimiyyəti orqanının tədris-elm müəssisəsində icbari təlimi müvəffəqiyyətlə bitirmiş şəxs" vəkil ola bilər: "Mən qanunda nəzərdə tutulan bütün prosedurları keçmişəm. Belə olan halda Qanunda nəzərdə tutulduğu kimi mən rəyasət heyəti qarşısında and içməklə vəkil fəaliyyyətinə başlamalıyam. Qanunda Rəyasət Heyətinin hər hansı bir səsvermə hüququ yoxdur.  Vəkillər Kollegiyasının sədri Azər Tağıyev və onun müavini çıxış edərək mənə tərcümeyi-halımın 3-cü şəxsin adından yazıldığını bildirmiş və bu səbədən Kollegiyaya üzv qəbul edilmədiyimi bildirmişlər.

Mən tərcümeyi-halımı yazarkən doğrudan da 3-cü şəxsin adından yazmışam ki, bu da qəbul olunmuş haldır. Belə ki, tərcümeyi-halı "Mən Məmmədov Sahib Məlik oğlu 1962-ci il dekabr ayının 15 də anadan olmuşam şəklidə deyil", "Məmmədov Sahib Məlik oğlu 1962-ci ilin dekabr ayının 15-də anadan olmuşdur" kimi yazmışam.

Əslində, tərcümeyi-halın düzgün yazılmaması səbəb olsaydı, onlar məni gərək heç imtahanlara da buraxmayadı".

Qarşı tərəf isə hələlik ittihamlara heç bir cavab verməyib.


Tural QABİLOĞLU

Sizin Reklam Yeriniz