Seçki prosesində İKT-nin tətbiqi genişləndiriləcək
Seçki prosesində İKT-nin tətbiqinin genişləndirilməsi ilə bağlı
işlər görüləcək. Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin
mətbuat xidmətinin rəhbəri Müşfiq Əmirovun Movqe.az-a verdiyi
xəbərə görə, bu 2013-cü ilin "İnformasiya-kommunikasiya
texnologiyaları ili" elan edilməsi ilə bağlı Tədbirlər Planında
nəzərdə tutulub: " Tədbirlər Planının İKT potensialının
gücləndirilməsi barədə bəndində göstərilib ki, Seçki prosesində
İKT-nin tətbiqinin genişləndirilməsi il ərzində Mərkəzi Seçki
Komissiyası, Xüsusi Dövlət Mühafizə Xidməti və Rabitə və
İnformasiya Texnologiyaları Nazirliyi tərəfindən təmin
edilməlidir".