Əlaqə Arxiv
news Image
2013.05.01
17:01
| A A A
“Univiziya” Tələbələrin II Mahnı müsabiqəsinə start verildi

Mövqe.az-ın məlumatına görə, Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı (ATGTİ)  ilə birgə "Univiziya" Tələbələrin II Mahnı müsabiqəsinə start verib.


"Birinci Ol!" şüarı  ilə keçirilən "Univiziya" tələbələrin mahnı müsabiqəsi ilk dəfə 2012-ci ildə reallaşdırılmış və müsabiqənin ilk qalibi Bakı Musiqi Akademiyasının tələbəsi Kənan Qədimov olmuşdur.


Qeyd edək ki, keçən il reallaşdırılan müsabiqədən fərqli olaraq cari ilin 3-5 may  tarixlərində keçiriləcək "Univiziya" Tələbələrin II Mahnı müsabiqəsində musiqi ixtisaslı təhsil müəssisələrinin iştirakı nəzərdə tutulmamışdır.


Müsabiqədə iştirakla bağlı Təşkilat Komitəsinə respublikanın 42 ali və orta ixtisas təhsili müəssisələrinin təmsilçiləri müraciət etmiş, münsiflər heyətinin seçiminə əsasən 19 ali və orta ixtisas təhsili müəssisələrinin iştirakçıları yarımfinalda iştirak etmək hüququ qazanmışlar.


 "Univiziya" Tələbələrin II Mahnı müsabiqəsində əsas məqam müsabiqə və səsvermədə yalnız tələbələrin iştirak etməsidir.


Səsvermə prosesində hər ali və orta ixtisas təhsili müəssisələrinin Tələbə Gənclər Təşkilatlarının fəallarından formalaşdırılmış "Şura" tərəfindən aparılacaqdır. Yarımfinal mərhələsində "Şura"lar gizli formada, Final mərhələsində isə səsvermə "Şura"lar tərəfindən açıq həyata keçiriləcəkdir.


 Müsabiqənin yarımfinal mərhələsi 3 may 2013-cü il tarixdə saat 19.00-dan başlayaraq Heydər Əliyev adına Sarayda keçiriləcəkdir. Yarımfinal mərhələsində 19 ali və orta ixtisas təhsili müəssisəsi iştirak edəcəkdir.


Müsabiqənin final mərhəsi 5 may 2013-cü il tarixdə saat 18.00-də Heydər Əliyev adına Sarayda baş tutacaqdır. Final mərhələsinə 12 iştirakçı vəsiqə qazanacaqdır. 


Qeyd edək ki, "Univiziya" Tələbələrin II Mahnı müsabiqəsinin qalibi 30-31 may 2013-cü il tarixlərində Bakı şəhərində keçiriləcək Beynəlxaq "Univiziya" mahnı müsabiqəsində ölkəmizi təmsil edəcəkdir.

Sizin Reklam Yeriniz