Əlaqə Arxiv
news Image
2013.05.01
17:32
| A A A
Əbülfəs Qarayev İspaniyanın media nümayəndələrini qəbul edib

30 aprel 2013-cü il tarixdə mədəniyyət və turizm naziri Əbülfəs Qarayev İspaniyanın "Agencia EFE", "EL Pais", "Cinco Dias" və "EL Economista" KİV nümayəndələri ilə görüş keçirib. 


Görüş zamanı Ə.Qarayev Azərbaycan turizminin son illər ərzində İspaniyada təbliğatı sahəsində görülən işlər barəsində qonaqlara məlumat verib. Eləcə də, özünün cari ilin əvvəllərində İspaniyaya səfəri və "FİTUR" Beynəlxalq Turizm Sərgisi zamanı İspaniyanın ayrı-ayrılıqda mədəniyyət və turizm nazirləri ilə keçirilmiş görüşlərin uğurlu nəticələri haqqında danışıb. 


Danışıqlar zamanı gələcəkdə Azərbaycan və İspaniya arasında turist mübadiləsinin genişləndirilməsinin vacibliyi vurğulanmış və yeni tətbiq olunan elektron turist vizası barədə qonaqlara məlumat verilib. 


Həmçinin Nazir bildirib ki, "Atletico Madrid" futbol komandasının oyunları zamanı Azərbaycanın təbliğatı ümumilikdə ölkəmizin İspaniyada geniş şəkildə tanınmasına xidmət edir. 

Görüşün sonunda qonaqlara Azərbaycanın turizm potensialını əks etdirən ispan dilində reklam-çap məhsulları təqdim olunub. 

Sizin Reklam Yeriniz