Əlaqə Arxiv
news Image
2013.05.01
16:58
| A A A
İ.Seragəldin: "Cənubi Qafqaz Forumu dünya miqyasında xüsusi əhəmiyyətə malik hadisədir"

İsgəndəriyyə Kitabxanasının direktoru, Nizami Gəncəvi Beynəlxalq Mərkəzi Qəyyumlar Şurasının həmsədri, Qlobal Liderlər Şurasının üzvü İsmayıl Seragəldin Cənubi Qafqaz Forumunda iştirak etmək üçün sabah Bakıda olacaq. Forumda Misir Ərəb Respublikası İsmayıl Seragəldinin rəhbərliyi ilə alim, ziyalı və siyasətçilərdən ibarət 20 nəfərlik nümayəndə heyəti ilə təmsil olunur.


Nizami Gəncəvi Beynəlxalq Mərkəzi Qəyyumlar Şurasının həmsədri olaraq forum iştirakçılarına müraciət edən İsmayıl Seragəldin dünya mədəniyyətinin əfsanəsi, insanlığın ən uca zirvəsinə yüksələn, dünya ədəbiyyatının ən dəyərli əsərlərinin yaradıcısı Nizami Gəncəvinin vətəni Azərbaycanda hər bir qonağı salamlamaqdan qürur duyduğunu bildirib: "Dahi şairin irsi onun yaratdığı xəzinə dünyanın hər bir nöqtəsində təntənə ilə qeyd olunur. Lakin bu günlər onun adını daşıyan Nizami Gəncəvi Beynəlxalq Mərkəzi təkcə dahi Nizaminin ədəbi irsini araşdırmaqla deyil o cümlədən digər xalqlara, mədəniyyətlərə də örnək olmaq mərhələsində və iqtidarındadır". 

İsmayıl Seragəldin Azərbaycan Respublikası Prezidentinin himayəsi Diasporla İş üzrə Dövlət Komitəsi və Gəncə şəhər İcra Hakimiyyətinin dəstəyi və Madrid Klubu, İsgəndəriyyə Kitabxanası və Sülh Mədəniyyəti Fondunun tərəfdaşlığı ilə reallaşan Cənubi Qafqaz Forumunu dünya miqyasında xüsusi əhəmiyyətə malik hadisə kimi dəyərləndirib və idarə heyəti adından bütün qurumlara minnətdarlıq edib. İsgəndəriyyə Kitabxanasının direktoru çox nadir hallarda bir araya gələn bu qədər dünya miqyaslı şəxslərin bir məkanda toplanaraq ən aktual problemleri müzakirə etməsini, dünyanın ən nüfuzlu şəxslərindən ibarət yeni Liderlər Şurasının yaradılmasını çox önəmli addım hesab edir: "Şərqin və Müsəlman dünyasının ilk demokratik respublikası olan Azərbaycan daim örnək olmaqdadır və bu foruma, Qlobal Liderlər Şurasının toplantısına ev sahibliyi edən Azərbaycan bu gün də dünya miqyasında öz əhəmiyyətini və qlobal proseslərə diqqətini göstərir.


Qeyd edək ki, mayın 6-8-də Bakıda keçiriləcək Cənubi Qafqaz Forumunda 50-dən çox ölkənin sabiq dövlət və hökumət başçısı, həmçinin bir sıra ölkələrin hazırkı prezidentləri, 400-ə yaxın nüfuzlu elm,  mədəniyyət xadimi və beynəlxalq ekspertlər iştirak edəcək. 

 


Sizin Reklam Yeriniz