Əlaqə Arxiv
news Image
2012.05.02
21:34
| A A A
“Yəqin ki, attestatları Təhsil Nazirliyi verəcək”
Misir Mərdanov orta məktəb şagirdlərinin gündəliklərində reklamların yerləşdirilməsinə münasibət bildirib

"Qanunda attestatların Təhsil Nazirliyi tərəfindən verilməsi nəzərdə tutulub. Yəqin ki şagirdlərə attestatları Təhsil Nazirliyi verəcək". Bunu jurnalistlərə açıqlamasında təhsil naziri Misir Mərdanov bildirib. Orta məktəblərdəki şagird gündəliklərində yerləşdirilən reklamlara gəlincə, nazir vurğulayıb ki, gündəliklərdə olan reklamlar şagirdlərin fikrini yayındıra bilməz: "Gündəliklər Təhsil Nazirliyi tərəfindən nəşr edilmir. Digər ölkələrin gündəliklərində də reklamlar mövcuddur".

Misir Mərdanov orta məktəb şagirdlərinin gündəliklərində reklamların yerləşdirilməsinə də münasibət bildirib. Onun sözlərinə görə, yeni tərtib edilən gündəliklərdəki reklamlar şagirdlərin fikrinin yayınmasına səbəb olmayacaq.

O deyib ki, gündəliklər Təhsil Nazirliyi tərəfindən deyil, müxtəlif nəşriyyatlar tərəfindən hazırlanır. Bundan başqa, mən xarici ölkələrdə olan gündəliklərə də baxmışam, həmin gündəliklərdə də müxtəlif reklamlar var.
Sizin Reklam Yeriniz