Əlaqə Arxiv
news Image
2013.05.02
12:10
| A A A
TQDK sədri Gəncə və Qazax şəhərlərində vətəndaşları qəbul edəcək

Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sədri Gəncə və Qazax şəhərlərində vətəndaşları qəbul edəcək. TQDK-dan Mövqe.az-ın verilən məlumata görə, Gəncə şəhərində keçiriləcək qəbulda Gəncə, Göygöl, Samux, Goranboy, Naftalan, Şəmkir, Daşkəsən, Gədəbəy rayon sakinləri və həmin rayonlarda məskunlaşmış məcburi köçkünlər,

Qazax rayonunda keçiriləcək qəbulda Qazax, Agstafa və Tovuz rayon sakinləri iştirak edə bilərlər. 


Gəncə şəhərində qəbul mayın 15-də TQDK-nın Gəncə regional bölməsində (ünvan: Heydər Əliyev meydanı, inzibati bina), Qazax şəhərində qəbul mayın 16-da Qazax Şahmat Mərkəzində keçiriləcək. 


Qəbula gəlmək istəyən vətəndaşların komissiyanın internet saytına daxil olaraq elektron müraciət formasını doldurmaqla qeydiyyatdan keçmələri (www.tqdk.gov.az/SedrinQebulu) və ya TQDK-nın Gəncə regional bölməsinə müraciət etmələri (əlaqə tel: (022) 256-50-67) xahiş olunur.


Sizin Reklam Yeriniz