Çıxış yolunu şərabları satmaqda tapdı
Movqe.az xəbər verir ki, iqtidardakı
ilk ilində iqtisadi böhran
səbəbiylə məşhurluğu sürətlə
düşən Fransa prezidenti Fransua
Hollande, çarəni "Elysee"
Sarayının anbarındakı ən
bahalı şərabları hərraca
çıxarmaqda tapıb. Lüks
düşkünü sələfi Nikola
Sarkozinin əksinə təvazökar
həyat tərziylə tanınan "Cənab
Normal" ləqəbli Hollande,
sarayın anbarındakı 1200
şüşə yüksək keyfiyyətli
şərabı satma qərarı alıb.
Satışdan əldə ediləcək gəlir
büdcəyə köçürüləcək. Sarayın
anbarına da "daha
ucuz və aşağı keyfiyyətdə"
olan şərablar alınacaq.
Fransız liderlərə xüsusi
olaraq 1947-ci ildə qurulan
anbarın yalnız onda biri
satışa çıxarılır. Satılacaq
şərabları "Elysee"nin baş
şərab ustası Vircinie Routis
şəxsən seçib. Parisdəki
Drouot Otelində hərraca
çıxarılacaq şərablar
arasında, şüşəsi ən
az 3 min dollar dəyərində olan 1990-ci il
tarixli "Château Peter"
marka 3 şüşə şərab da
var