İşsiz işçilər meydanda
Dünən, 1 may dünyanın hər yerində mərasimlər keçirilirdi. İqtisadi böhran yaşayan Avropada isə mərasimlər etirazlara çevrilib. Movqe.Az-ın məlumatına görə, ümumi tətil elan edilən Yunanıstanın "Syntagma" meydanında kəmər sıxma tədbirlərinə etiraz edilib. İşsizliyin 27 faizdən yuxarı çıxdığı İspaniyada xalq "Neptun" meydanını doldurub. Fransada da işçilər küçələrə tökülüblər. Hətta həddindən artıq sağçı Milli Cəbhəni lideri Marine Le Pen də meydanlarda görülüb.