Əlaqə Arxiv
news Image
2013.05.03
13:01
| A A A
4 ay ərzində 206 qeydiyyatdan keçməyən radioelektron vasitə aşkarlanıb

2013-cü ilin ilk 4 ayı ərzində Azərbaycan Respublikası Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin Dövlət Radiotezliklər İdarəsi tərəfindən iş planına və quruma daxil olmuş göstəriş və müraciətlərə əsasən 240 təşkilat, müəssisə və şirkətdə istismar olunan radioelektron vasitələrə (REV) texniki baxış keçirilib, müvafiq qaydada aktlar tərtib edilib.

 

Mövqe.az-ın məlumatına görə, müəssisə və təşkilatlarda keçirilən texniki baxış zamanı 206 ədəd DRİ-də qeydiyyatdan keçməyən müxtəlif növ REV aşkarlanıb. Onlardan 165 ədədi möhürlənib, qalan 41 ədədinin qeydiyyata salınması üçün müvafiq tədbirlər görülür.

 

Dövlət qeydiyyatından keçməyən qeyri-qanuni REV istifadəçilərinə qarşı İnzibati Xətalar Məcəlləsinin pozulması barədə 27 protokol yazılıb, müvafiq  hüquqi tədbirlərin görülməsi üçün aidiyyəti rayon məhkəmələrinə müraciətlər edilib.

Sizin Reklam Yeriniz