Əlaqə Arxiv
news Image
2013.05.03
16:41
| A A A
E-hokümət portalından istifadə edənlərin sayı artır

Mövqe.az-ın Rabitə və İnformasiya Texnologiyaları Nazirliyindən aldığı məlumata görə, 2013-cü ilin ilk 4 ayı ərzində "Elektron hökumət" portalında – www.e-gov.az qeydiyyatdan keçən istifadəçilərin ümumi sayı 13 mini ötüb, e-imza vəsiqələri almış şəxslərin sayı isə 12 minə çatıb.

 

Bununla da qeydiyyat tələb edən xidmətlər üçün portalın potensial istifadəçilərinin sayı 25 mindən çox təşkil edib.

 

Cari ilin yanvar-may aylarında portalın xidmətlərindən yararlanmış qeydiyyatdan keçən istifadəçilərin sayı 9232 olub, qeydiyyatsız xidmət istifadəçilərinin sayı isə identifikasiya olunmadığından nəzərə alınmayıb.

 

İstifadəçilərin yaş həddinə gəldikdə, yaş həddi 19-79 arasında dəyişir və bu da indidən portalın  bütün yaş qruplarını əhatə etdiyini deməyə əsas verir.

 

4 ay ərzində portalın qeydiyyatdan keçmiş istifadəçiləri ümumilikdə 72 minə yaxın xidmətin imkanından yararlanıblar.

Sizin Reklam Yeriniz