Əlaqə Arxiv
news Image
2013.05.04
12:10
| A A A
Şirvan kanalında batan Ağdaş sakininin meyidi tapılıb
Aprelin 8-də itkin düşən və Şirvan kanalının Ağdaş rayonunun Ərəb kəndi ərazisindən keçən hissəsində batdığı ehtimal olunan 1968-ci il təvəllüdlü İbrahim Şirəli oğlu Məmmədovun axtarışları başa çatıb. 

Mövqe.az-ın FHN-nin saytına istinadən verdiyi xəbərə görə, İ.Məmmədovun cəsədi Fövqəladə Hallar Nazirliyinin Dövlət Sularda Xilasetmə Xidmətinin dalğıc-xilasediciləri tərəfindən tapılaraq sudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib. Əməliyyat saat 10:10-da başa çatıb.
Sizin Reklam Yeriniz