Əlaqə Arxiv
news Image
2013.05.06
11:40
| A A A
TQDK sədri Gəncə və Qazax şəhərlərində vətəndaşları qəbul edəcək

Mövqe.az-ın məlumatına görə, Gəncə şəhərində keçiriləcək qəbulda Gəncə, Göygöl, Samux, Goranboy, Naftalan, Şəmkir, Daşkəsən, Gədəbəy rayon sakinləri və həmin rayonlarda məskunlaşmış məcburi köçkünlər iştirak edə bilərlər. 


Qazax rayonunda keçiriləcək qəbulda Qazax, Agstafa və Tovuz rayon sakinləri iştirak edə bilərlər. 



Gəncə şəhərində qəbul  mayın 15-də TQDK-nın Gəncə regional bölməsində (ünvan: Heydər Əliyev meydanı, inzibati bina) keçiriləcək. 



Qazax şəhərində qəbul  mayın 16-da  Qazax Şahmat Mərkəzində keçiriləcək. 



Qəbula gəlmək istəyən vətəndaşların Komissiyanın internet saytına daxil olaraq elektron müraciət formasını doldurmaqla qeydiyyatdan keçmələri (www.tqdk.gov.az/SedrinQebulu) və ya TQDK-nın Gəncə regional bölməsinə müraciət etmələri (əlaqə tel: (022) 256-50-67) xahiş olunur. 



Bundan əlavə, TQDK Gəncə regional bölməsinin əməkdaşları aşağıda qeyd olunan tarixlərdə saat 10:00-dan 17:00-dək Şəmkir, Gədəbəy, Göygöl, Naftalan, Goranboy, Daşkəsən, Samux, Qazax, Ağstafa, Tovuz rayon təhsil şöbələrində vətəndaşları qəbula qeydiyyata alacaqlar: 





Şəmkir rayonu üzrə - 02 may 2013-cü il, 



Gədəbəy rayonu üzrə - 02 may 2013-cü il, 



Göygöl rayonu üzrə - 03 may 2013-cü il, 



Naftalan şəhəri üzrə - 03 may 2013-cü il, 



Goranboy rayonu üzrə - 06 may 2013-cü il, 



Daşkəsən rayonu üzrə - 07 may 2013-cü il. 



Samux rayonu üzrə - 08 may 2013-cü il 



Qazax rayonu üzrə - 13 may 2013-cü il 



Ağstafa rayonu üzrə - 13 may 2013 



Tovuz rayonu üzrə - 14 may 2013-cü il 



Qeyd: Qəbula gələn vətəndaşlar şəxsiyyət vəsiqəsini təqdim etməlidirlər. 

Sizin Reklam Yeriniz