Əlaqə Arxiv
news Image
2013.05.10
11:19
| A A A
Baş nazir: Türkiyə Suriya üzərində qeyri-uçuş zonasının yaradılmasını dəstəkləyir

Türkiyə əgər ABŞ tərəfindən təklif edilərsə, Suriya üzərində qeyri-uçuş zonasının yaradılmasını dəstəkləyəcək. Mövqe.az-ın məlumatına görə, bu barədə cümə günü Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğana istinadən "Anadolu" agentliyi xəbər yayıb.

Ərdoğan deyib: "Biz münaqişənin başlanğıcından bildirmişik ki, əgər ABŞ tərəfindən Suriya üzərində qeyri-uçuş zonasının yaradılması təklif edilərsə, onda Ankara bu qərarı dəstəkləyəcək".

Baş nazirin sözlərinə görə, Suriya prezidenti Bəşər Əsəd "dinc əhaliyə qarşı kimyəvi silah tətbiq etməklə Suriya münaqişəsində artıq qırmızı xətti keçib.

"Dinc əhaliyə qarşı kimyəvi silahlardan istifadə olunmasına dair sübutlar var. Türkiyə xəstəxanalarına çatdırılan yaralılar arasında kimyəvi silahlardan xəsarət alanlar var".

O, həmçinin ABŞ-ı Suriya böhranın həll olunmasında öz rolunu artırmağa və bu istiqamətdə daha qətiyyətli addımlar atmağa çağırıb.

Sizin Reklam Yeriniz