Əlaqə Arxiv
news Image
2013.05.10
12:39
| A A A
“Ekonomist” jurnalının yeni sayı ümummilli lider Heydər Əliyevin 90 illiyinə həsr edilib

Ukraynanın elmi ictimai-siyasi "Ekonomist" jurnalının 2013-cü il may nömrəsi Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 90 illik yubileyinə həsr edilib.


Jurnalın yeni sayı AMEA Elmi İnnovasiyalar Mərkəzinin təşəbbüsü ilə hazırlanmış və layihə jurnalın redaksiya heyəti və Azərbaycanın Ukraynadakı səfirliyi tərəfindən dəstəklənib. Jurnalın ilk səhifəsi ulu öndər Heydər Əliyevin həyat yoluna həsr edilmiş, ardınca ictimai xadimlərin bu dahi şəxsiyyət haqqında fikirləri verilib.

.

"Ekonomist" jurnalında Azərbaycanda elmin inkişaf strategiyası, bilik və innovasiya, elmin dinamik inkişafı mövzularında elm və dövlət xadimlərinin – akademiklər Akif Əlizadə, Ziyad Səməd-Zadə, Əli Abbasov, AR Nəqliyyat naziri Ziya Məmmədov, AMEA-nın müxbir üzvü Rasim Əliquliyev, professorlar Fərman Qasımov, İsa Alıyev, Rauf Cəbiyev, iqtisad elmləri doktorları Beykəs Xıdırov, Təbriz Əliyev, Akif Musayev, i.e.n. Allahyar Muradov və başqalarının on altı adda məqalələri dərc edilib.

Sizin Reklam Yeriniz