Əlaqə Arxiv
news Image
2013.05.10
17:41
| A A A
Qaçqın ailələrin uşaqları arasında “İmmunlaşdırma həftəsi” keçirilib

Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin "Respublikada " İmmunlaşdırma həftəsinin" keçirilməsi barədə" 30 nömrəli 11.04.2013-cü il tarixli əmrinin icrası məqsədilə Sumqayıt şəhərinin Uşaq müalicə-profilaktika müəssisələri tərəfindən şəhərdə hər hansı səbəblərə görə immunlaşdırılmadan kənarda qalan uşaqlar peyvəndlərə cəlb edilib. Bununla yanaşı, şəhərin ətrafındakı Sarıqaya zonasında yerləşən 5 keçmiş sağlamlıq düşərgəsində məskunlaşan qaçqın ailələrdəki uşaqlar arasında da immunlaşdırılma aparılması işi təşkil edilib. Şəhər Səhiyyə şöbəsi tərəfindən həmin düşərgələrə həkimlər və orta tibb işçilərinin daxil edildiyi briqada göndərilib.

 

Mövqe.az-ın Səhiyyə Nazirliyindən aldığı məlumata görə, briqada tərəfindən 307 uşağa profilaktik müayinə aparılıb və immunlaşdırılmanın bütün tələblərinə əməl edilməklə 160 uşaga peyvənd olunub.

 

Eyni zamanda həmin düşərgələrin sakinləri arasında yoluxucu xəstəliklərin profilaktikasında immunlaşdırılmanın əhəmiyyəti barədə geniş söhbətlər aparılıb.

Sizin Reklam Yeriniz