Əlaqə Arxiv
news Image
2013.05.10
20:01
| A A A
İsveçlilər AB-dən çıxmaq istəyir

Movqe.Az bildirir ki, İsveçdə aparılan bir araşdırma, xalqın yarısından çoxunun Avropa Birliyi üzvlüyündən ayrılmaq istədiklərini göstərib. "Göteborg" Universitetinin etdiyi araşdırmaya görə, ölkədə AB-dən ayrılmağı dəstəkləyənlərin nisbəti son illərdə ən yüksək səviyyəyə çatıb. "Posted"in anket nəticələrini görə, əgər AB üzvlüyündən ayrılma mövzusunda sabah ölkədə bir referendum ediləcək olsa, isveçlilərin 60 faizi AB-dən ayrılma, yalnız  30 faizinin isə qalma istiqamətində səs verəcəyi ifadə edilib. 3 il əvvəl edilən anketlərdə isveçlilərin yarısından çoxunun AB üzvlüyünü dəstəklədiyi bildirilimişdi. Anketdə bundan əlavə, "İsveç pul vahidi krondan, avroya keçmək istəyirsiniz?" sualına, iştirakçıların 10 faizi 'bəli', 90 faizi isə 'xeyr' deyib.

Sizin Reklam Yeriniz