Əlaqə Arxiv
news Image
2013.05.13
11:40
| A A A
TQDK abituriyentlərə müraciət edib

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) ali məktəblərə qəbul imtahanlarına hazırlaşan abituriyentlərə müraciət edib. 


TQDK-nın mətbuat xidmətindən Mövqe.az-a verilən xəbərə görə, 2013/2014-cü tədris ili üçün ali təhsil müəssisələrinə və tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul imtahanlarında iştirak etmək üçün internetlə ərizə qəbulu mayın 15-də başa çatır. Göstərilən vaxta qədər abituriyentin "Elektron ərizə" si doldurmalı və mayın 17-dək mütləq təsdiq olunmalıdır. Əks halda həmin abituriyentlər qəbul imtahanlarında iştirak edə bilməyəcəklər.


 

Qeyd edək ki, bu gün saat 10:00-a olan məlumata əsasən 86900 abituriyent internetlə "Elektron ərizə" doldurub,  onlardan 78616 nəfərinin ərizəsi müvafiq qaydada təsdiq olunub. 

Sizin Reklam Yeriniz