Əlaqə Arxiv
news Image
2013.05.14
11:32
| A A A
VIII “Məzun 2013” əmək yarmarkası keçiriləcək

17 may 2013-cü il tarixdə Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin dəstəyi ilə Azərbaycan Dövlət İqtisad Universitetində Ümummilli lider Heydər Əliyevin 90 illik yubileyinə həsr olunmuş VIII "Məzun 2013" əmək yarmarkası keçiriləcək.


Mövqe.az-ın Gənclər və İdman Nazirliyindən aldığı məlumata görə, yarmarkada 100-ə yaxın təşkilat, holdinq, şirkət və banklar vakansiyalarla iştirak edəcəklər. Yarmarkada bütün təhsil müəssisələrinin məzunları iştirak edə bilər. İştirak üçün CV-nizi [email protected] elektron ünvanına göndərməyi­niz xahiş olunur.


Əmək yarmarkası saat 11:00-da başlayacaqdır. Ünvan: Azərbaycan Dövlət İqtisad Universitetinin 1 saylı tədris korpusu, İstiqlaliyyət küçəsi 6 (İçəri şəhər metro stansiyasının yaxınlığında). Əlaqə telefonları: 492 67 95; 492 60 45; 497 71 35

Sizin Reklam Yeriniz