Əlaqə Arxiv
news Image
2013.05.14
16:20
| A A A
Pediatriya İnstitutunun təmirinə başlanıldı

Səhiyyə Nazirliyinin Elmi Tədqiqat Pediatriya İnstitutunun  təmirinə başlanılıb. Bu məlumatı Movqe.az-a institutun direktoru Nəsib Quliyev verib. N. Quliyev bildirib ki, təmirdən sonra institutun bütün maddi texniki bazası tam yenilənəcək: "Təmirdən sonra institut bizim arzuladığımız səviyyə olacaq. Burada uşaqların müayinə, müalicəsi üçün lazım olan bütün müasir avadanlıqlar quraşdırılacaq. Hazırda institutda uşaqların müayinəsi üçün kompyuter tomoqrafiyası avadanlığı və sair tibbi avadanlıqlar yoxdur. İnstitut təmir olunduqdan sonra isə ən müasir tibbi avadanlıqlar gətirilərək gələcəyimiz olan uşaqların sağlamlığının qorunması üçün istifadə ediləcək. Buna görə ölkə prezidentinə dərin minnətdarlığımızı bildiririk".

Xatırladaq ki, ölkə Prezidenti İlham Əliyev Elmi Tədqiqat Pediatriya İnstitutunun maddi-texniki bazasının möhkəmləndirilməsi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb. Sərəncama əsasən Elmi Tədqiqat Pediatriya İnstitutunun təmiri və müasir avadanlıqla təchiz olunması məqsədilə 2013-cü il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Səhiyyə Nazirliyinə ilkin olaraq 1 milyon  manat ayrılacaq.

 

Sizin Reklam Yeriniz