Nigeriyada fövqəladə hal elan edilib
Movqe.az "BBC"ə istinadən xəbər verir ki, Nigeriya Prezidenti Qudlak Conatan İslam Hərbi dəstələrinin ölkənin üç bölgəsində ölümcül hücumlar törətdiyi üçün fövqəladə hal elan edib. Boko Haramdan olan militantlar bu kimi çox qarşıdurmalar yaradıb. Təkcə 2010-cu ildən bəri 2000 insan qarşıdurmalarda həlak olub. Yerli dili Hausa dili olan İslamçı qrup şimalda İslam dövləti yaratmaq arzusundadır. 160 milyondan çox əhalisi olan Nigeriyada ziddiyyətlər əsasən torpaq, din və neft ucbatından baş verir.