Əlaqə Arxiv
news Image
2013.05.16
15:25
| A A A
Avropa Parlamentində “Azərbaycan gecəsi” keçirilib

Mayın 15-də Azərbaycan Respublikasının Belçika Krallığındakı səfirliyi və ARDNŞ-in Brüssel ofisinin təşkilatçılığı ilə Avropa Parlamentində "Azərbaycan gecəsi" adlı tədbir keçirilib. Səfirlikdən Mövqe.az-a verilən məlumata görə, tədbirdə Avropa Parlamentinin deputatları, Avropa Parlamenti aparatının əməkdaşları, Avropa İttifaqının müxtəlif qurumlarının nümayəndələri, yerli KİV nümayəndələri, Azərbaycan diaspor təşkilatlarının nümayəndələri, bu ölkədə təhsil alan azərbaycanlı tələbələr və Milli Məclisin üzvü Səməd Seyidov iştirak edib.

 

Tədbir rəsmi çıxışlardan sonra Azərbaycanın əməkdar artisti Emil Əfrasiyabın ifasında caz konserti ilə davam etdirilib və qonaqlar Azərbaycan mətbəxinə aid təamları dadmağa dəvət olunublar.

 

Tədbirdə Azərbaycan Respublikasının Belçika Krallığındakı səfiri Fuad İsgəndərov, Avropa Parlamentinin üzvü xanım Kristina Oyland və Səməd Seyidov çıxış edərək Azərbaycan Respublikasının son 20 ildə qət etdiyi yol, Avropa İttifaqı – Azərbaycan əlaqələri və Azərbaycan mədəniyyəti və musiqisinin zənginlikləri barədə tədbir iştirakçılarına məlumat veriblər.

 

Sizin Reklam Yeriniz