Əlaqə Arxiv
news Image
2013.05.17
15:00
| A A A
Həkimlərin işə qəbulu üzrə növbəti müsabiqə başlayıb

Səhiyyə Nazirliyinin tabeçiliyində olan səhiyyə müəssisələrinə həkimlər üçün növbəti vakant yerlər elan olunur. Nazirliyin mətbuat xidmətindən Mövqe.az-a verilən xəbərə görə, həkim olmaq istəyənlər bu gündən etibarən Səhiyyə Nazirliyinin saytındakı müvafiq bölməyə daxil olaraq sənəd verə bilərlər.

 

Həkimlərin işə qəbulu üzrə müsabiqə iki mərhələdə keçirilir. İlk mərhələ olan test imtahanında keçən namizədlər müsahibədə iştirak edirlər. Hər iki mərhələdən keçən həkimlər isə müvafiq ixtisaslarda işə qəbul olunurlar.

 

Qeyd edək ki, həkimlərin işə qəbulu üzrə ilk müsabiqədən 34 nəfər həkim uğurla keçib. Onların 10-u Bakıdakı, 24-ü isə rayonlardakı səhiyyə müəssisələrində vakant yerlərə işə qəbul olunublar. 

 

Sizin Reklam Yeriniz