Şəmkirdə baş verən yol-nəqliyyat hadisəsində 4
nəfər ölüb, 3 nəfər isə ağır yaralanıb. Şəmkir rayon Polis
Şöbəsindən APA-nın qərb bürosuna
verilən məlumata görə, hadisə dünən Şəmkir-Gədəbəy yolunun Yasamal
aşırımının Çənlibel kəndi ərazisində baş verib. Gədəbəy rayon
Leşkər kənd sakini, 1983-cü il təvəllüdlü Elçin Quliyevin idarə
etdiyi "VAZ 2107" markalı avtomobil qarşı tərəfdən gələn Şəmkir
rayon sakini Arzu Musayevin idarə etdiyi "VAZ 21011" markalı
avtomobillə toqquşub. Qəza zamanı "VAZ 2107"-də olan sərnişinlər-
Gədəbəy rayon Leşkər kənd sakinləri, 1979-cu il təvəllüdlü Tofiq
Əliyev, 1976-cı il təvəllüdlü Rasim Ələsgər və 1980-cı il
təvəllüdlü Xaliq Mehdiyev hadisə yerindəcə dünyalarını dəyişiblər.
Həmin avtomobilin sürücüsü, 1983-cü il təvəllüdlü Elçin Quliyev isə
xəstəxanaya aparılan zaman yolda keçinib. "VAZ 21011" markalı
avtomobilin sürücüsü qəzada xəsarət almasa da, maşında olan Şəmkir
rayon Seyfəli kənd sakini, 1966-cı il təvəllüdlü Gülnarə Hüseynova,
Şəmkir rayon Çənlibel kənd sakini, 1988-ci il təvəllüdlü Mübariz
İsmayılov və Gədəbəy rayon Leşkər kənd sakini İmran Orucov ağır
bədən xəsarətləri ilə Şəmkir rayon Mərkəzi Xəstəxanasına
yerləşdiriliblər. İlkin ehtimala görə, hadisəyə sürət həddini aşma
səbəb olub. Faktla bağlı Şəmkir rayon Polis Şöbəsində araşdırma
aparılır.