Əlaqə Arxiv
news Image
2013.05.20
14:58
| A A A
“Azərbaycanı dünyaya, dünyanı Azərbaycana tanıdan dahi” adlı kitab-albom işıq üzü görüb
Heydər Əliyev Mərkəzinin və Azərbaycan Dövlət Teleqraf Agentliyinin (AzərTAc) birgə hazırladığı "Azərbaycanı dünyaya, dünyanı Azərbaycana tanıdan dahi" adlı nəşrdə ümummilli lider Heydər Əliyevin xarici səfərləri haqqında AzərTAc-ın fotomaterialları təqdim edilib. 

Fotoşəkillərdən və onlara aid mətnlərdən ibarət kitabda Heydər Əliyevin on il ərzində (1993-2003) xarici ölkələrdə keçirdiyi ən mühüm görüşlər haqqında məlumat verilir.

Kitabda ulu öndərin 29 xarici ölkəyə çoxsaylı səfərlərini əks etdirən seçmə fotoşəkillər hər bir ölkə üzrə ayrıca bölmədə toplanıb. Bu fotoşəkillərdə rəsmi görüşlər, çıxışlar, təqdimatlar, jurnalistlərə müsahibələr, səmimi salamlaşma, heyranlıq hissləri, dostcasına təbəssüm və bir sıra başqa məqamlar əks olunub.

Müxtəlif ölkələrdən ibarət hər rubrikanın əvvəlində ən mühüm görüşləri əks etdirən fotoşəkillər, sonra isə müxtəlif illərdə həmin ölkədə görüşlər zamanı çəkilmiş fotoşəkillər yer alıb.

Kitab-albom bu və ya digər ölkə ilə əlaqələrin yaranması, həmin ölkələrlə əməkdaşlığın nizamlanması, Heydər Əliyevin ölkəmizi dünyaya təqdim etməsi barədə dolğun təsəvvür yaradır.
Sizin Reklam Yeriniz