Laçının erməni qəsbkarları tərəfindən işğalının 21-ci ildönümü ilə əlaqədar Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi ilə Rabitə İşçiləri Müstəqil Həmkarlar İttifaqı Respublika Komitəsi tərəfindən Ağcabədi rayonunun Taxtakörpü qəsəbəsində laçınlı məcburi köçkün rabitəçilərlə görüş keçirilib.
Mövqe.az-ın məlumatına görə, tədbirdə rayonun işğalından danışılıb, şəhidlərin xatirəsi dərin ehtiramla yad edilib.
Rabitə İşçiləri Müstəqil Həmkarlar İttifaqı Respublika Komitəsinin və YAP Gənclər Birliyinin sədri Seymur Orucov Azərbaycan Prezidenti İlham Əliyevin ordu quruculuğu sahəsində apardığı islahatlardan söz açıb. O, Cənubi Qafqazın ən qüdrətli ordusu - Azərbaycan Silahlı Qüvvələrinin istənilən vaxt torpaqlarımızı azad etməyə qadir olduğunu bildirib.
Görüşdə iştirakçıların qayğıları ilə maraqlanılıb, onlara Komitənin maddi yardımları paylanıb.
Laçınlı məcburi köçkün rabitəçilər yaradılan şəraitə görə minnətdarlıqlarını bildiriblər.