Əlaqə Arxiv
news Image
2013.05.21
14:05
| A A A
Sergey Lavrovla Elmar Məmmədyarov arasında görüş başlayıb

Moskvada Rusiya xarici işlər naziri Sergey Lavrovla Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov arasında görüş başlayıb. APA-nın məlumatına görə, S. Lavrov bildirib ki, görüşdə ikitərəfli münasibətlərin hazırkı səviyyəsi və iki ölkənin birgə planlaşdırdığı tədbirlər müzakirə olunacaq: "Qeyd edim ki, iki ölkənin müxtəlif regional və beynəlxalq təşkilatlar səviyyəsində əməkdaşlığı yüksək səviyyədədir".


Elmar Məmmədyarov isə S. Lavrovun Azərbaycana Rusiya-Azərbaycan diplomatik münasibətlərinin 20 illiyinə həsr olunan səfərini xatırladıb: "Ümid edirəm ki, konstruktiv müzakirələr olacaq. Qeyd etmək istərdim ki, Rusiya-Azərbaycan münasibətləri strateji səviyyədədir".


Görüş daha sonra mətbuat nümayəndələrinin iştirakı olmadan davam etdirilib.


Görüşdən sonra brifinq keçiriləcək.


Sizin Reklam Yeriniz