Əlaqə Arxiv
news Image
2013.05.22
15:12
| A A A
Bahar Muradova: “Həmsədrlərin nəticə əldə etməsinin işartıları görünür”

"Son vaxtlar Dağlıq Qarabağla bağlı qarşılıqlı səfərlər, danışıqlar intensivləşib". Mövqe.az-ın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında ATƏT PA-da Azərbaycan nümayəndə heyətinin rəhbəri, Milli Məclisin sədr müavini Bahar Muradova xarici işlər naziri Elmar Məmmədyarovun Moskvada keçirdiyi görüşlər barədə sualı cavablandırarkən deyib. O bildirib ki, münaqişənin həlli ilə bağlı prinsiplərə razılıq verilməsinin vacibliyinin səslənməsi də artıq həmsədrlərin bu məsələdə nəticə əldə etməsinin işartılarını göstərir.

 

B. Muradova onu da deyib ki, ATƏT PA-nın yay sessiyasında Siyasi komitənin məruzə və qətnaməsində münaqişə ilə bağlı fikirlər öz əksini tapıb: "Məsələ ATƏT PA-nın fəaliyyətinin bir növü kimi müzakirə olunacaq".


Sizin Reklam Yeriniz