Dünya Bankı və Beynəlxalq Valyuta Fondunun Parlament Şəbəkəsinin İllik Konfransı keçiriləcək
Mövqe.az-ın məlumatına görə, 23-24 may 2013-cü ildə "Gülüstan" sarayında Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasının (AVCİYA) təşkilatçılığı ilə Dünya Bankı və Beynəlxalq Valyuta Fondunun Parlament Şəbəkəsinin İllik Konfransı keçiriləcək.
Konfransın hər iki iş günündə qeydiyyat saat 9.00-dan etibarən başlanacaq.
Tədbirin işıqlandırılmasında iştirak etmənizi xahiş edirik.