Əlaqə Arxiv
news Image
2013.05.23
14:37
| A A A
Bölgələrdəki hava limanları mütəmadi iş rejiminə keçə bilər
Məhərrəm Səfərli: "Bölgələrə aviareyslərin mütəmadi olaraq açılması ilə bağlı müzakirələr aparılacaq"

Bakı-Zaqatala, Bakı-Lənkəran, Bakı-Qəbələ  marşrutları üzrə aviareyslərin mütəmadi olaraq açılması ilə bağlı bu günlərdə müzakirələr aparılacaq. "Azərbaycan Hava Yolları" QSC-nin (AZAL) mətbuat xidmətinin rəhbəri Məhərrəm Səfərlinin Movqe.az-a verdiyi məlumata görə, bu istiqamətlər üzrə hələ ki, uçuşlar olmasa da, turizm mövsümündə sərnişin tələbatı artdığından, uçuşlara başlanılacaq: "Bakı-Zaqatala və Bakı-Lənkəran marşrutları üzrə uşuşlar 2011-ci ilin noyabr ayından etibarən rentabelli olmadığından dayandırılıb. Amma turizm mövsümündə bu istiqamətə gedib-gələnlərin sayı, eləcə də, aviareyslərdən istifadə edənlərin sayı artdığından, bölgələrimizdəki hava limanları fəaliyyətə başlayır. Bu günlərdə turizm mövsümi ilə bağlı Bakı-Zaqatala, Bakı-Lənkəran, Bakı-Qəbələ  marşrutları üzrə aviareyslərin açılması ilə bağlı müakirələr aparılacaq. Bu müzakirələr zamanı mütəmadi olaraq uçuşların həyata keçirilməsi müzakirə ediləcək".

M. Səfərli bildirdi ki, Bakı-Qəbələ aviareysləri ilə uçuşlar isə turizm şirkətlərindən sifariş olanda həyata keçirilir. 

Xatırladaq ki, Bakı-Zaqatala və Bakı-Lənkəran marşrutları üzrə aviareyslər müvafiq olaraq 2008-ci ilin sentyabr və oktyabr aylarında açılıb. Hazırda AZAL ölkə daxilində Bakı-Naxçıvan, Bakı-Gəncə və Gəncə-Naxçıvan marşrutları üzrə uçuşlar yerinə yetirir. 


Sizin Reklam Yeriniz