Əlaqə Arxiv
news Image
2013.05.23
16:23
| A A A
Hilari Klintona "İnsanlıq" mükafatı

Movqe.az xəbər verir ki, Helen Keller Beynəlxalq rəhbərliyi tərəfindən, keçmiş ABŞ Xarici işlər Naziri Hilari Klintona insanlıq mükafatı verilib. Qeyri-kafi qidalanma və korluqla mübarizə edən təşkilatın təşkil etdiyi mərasimdə danışan Klinton, 2013-cü il Helen Keller İnsanlıq Mükafatına layiq görüldüyündən ötəri qürur duyduğunu ifadə edərək, son 20 ildə ilk dəfə normal bir vətəndaş kimi zaman keçirmənin əyləncəli olduğunu ifadə edib. Hilari Klintonun 2016-cı ildəki prezident seçkisinə namizəd olma ehtimalı siyasi dairələrdə danışılır. Xatırladaq ki, Bill Klinton yoldaşının siyasi gələcəyi ilə bağlı edilən dedi-qoduları zaman itkisi olduğunu söyləmişdi.

Sizin Reklam Yeriniz