Əlaqə Arxiv
news Image
2013.05.23
16:48
| A A A
80 yaşında Everestə qalxdı

Movqe.az xəbər verir ki, Yapon alpinist Yuiçiro Miura, 80 yaşında Everestə dırmaşaraq dünyanın zirvəsinə çatan ən yaşlı adam olub. Miura, bu səhər Everestin 8 min 850 metrlik zirvəsinə çatıb. Nepal Alpinistlik Təşkilatı səlahiyyətlisi Qyanendra Şrestha da Miuranın zirvəyə çatdığını təsdiqləyib. Oğlu Gotan ilə Everestin zirvəsindən qızı Emiliyi axtaran Miura, "bacardım. 80 yaşında Everestə dırmanacağımı ağılımdan belə keçirməzdim. Yorğunluqdan Huşumu itirmək üzrəyəm, amma möcüzəni hiss edirəm" deyib. Bir neçə ay əvvəl ürək əməliyyatı olmasına baxmayaraq planlarında heç bir dəyişiklik etməyən Miura, 70-75 yaşındaykən də Everestə dırmanmışdı. Son 5 ildə 4 dəfə əməliyyat keçirən Miura, 2009-cu ildə keçirdiyi xizək qəzasında da omba sümüyünü qırmışdı.


Sizin Reklam Yeriniz