Movqe.Az xəbər verir ki, ABŞ prezidenti Barak Obama, "Müsəlmanların Amerika ailəsinin əsas hissəsi olduğunu qəbul etməyimiz lazımdır" deyib. Obama, Milli Müdafiə Universitetində etdiyi nitqində bunları söyləyib: "Terroristlərə qarşı hədəf mərkəzli tədbirlər, möhkəm ortaqlıqlar, diplomatik təmas və yardım kimi addımları ehtiva edən əhatəli strategiya yolu ilə ABŞ torpaqlarına istiqamətli geniş diametrli hücumların təşkil edilməsi ehtimalını nəzərəçarpacaq ölçüdə sala və təhdidləri azalda bilərik. Bu ortaqlıqlar ancaq Müsəlmanların Amerika ailəsinin təməl bir parçası olduğunu qəbul etdiyimiz təqdirdə işləyə bilər. "Obama, terrorizm şəklinin artıq 11 Sentyabr hücumlarından fərqli olduğunu, indi ölkə daxilindəki fərdlərin radikallaşması kimi böyüyən terror riskinin ortaya çıxdığını qeyd edib.