Əlaqə Arxiv
news Image
2013.05.24
16:27
| A A A
Miqrasiya Məcəlləsi ikinci oxunuşda qəbul olunub

Milli Məclisin bu gün keçirilən iclasında Miqrasiya Məcəlləsi müzakirə edilib. Mövqe.az-ın məlumatına görə, yenilənən qanun layihəsini Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli təqdim edib.

O bildirib ki, məcəllə miqrasiya sahəsində dövlət siyasətinin həyata keçirilməsi, miqrasiya proseslərinin və bu sahədə yaranan münasibətlərin tənzimlənməsi, habelə əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycanda hüquqi vəziyyəti ilə bağlı normaları müəyyənləşdirəcək.

Müzakirələr zamanı millət vəkili Qənirə Paşayeva bildirib ki, xarici ölkələrdə yaşayan azərbaycan əsilli insanlar özlərinə əcnəbi anlayıçşından yanaşılmasından narahatdırlar. Deputat xarici ölkə vətəndaşı olan azərbaycanlılara fərqli yanaşmanın olmasını təklif edib. O qeyd edib ki, Azərbaycanda ikili vətəndaşlıq olmamasına baxmayaraq valideynlərinin azərbaycanlı olduğu xarici ölkə vətəndaşı olan şəxslərə imtiyazların verilməsini vacib sayıb.

Deputat Tahir Rzayev də çıxışında qeyd edib ki, valideynlərin uşaqları xarici dövlətə apararkən bəzi hallarda çətinliklərlə üzləşə bilər, çünki hər iki valideynin icazəsi olmalıdır. O təklif edib ki, yerli icra hakimiyyəti orqanlarının verdiyi arayışla bir valideynin razılığı ilə uşağın digər ökəyə aparılmasına şərait yaradılsın.

Deputat Çingiz Qənizadə isə çıxışında bildirib ki, valideynlərindən biri azərbaycanlı olan uşaqların yetkinlik yaşına çatanadək Azərbaycanda qalmasına sərbəst şərait yaradılmalıdır. O qeyd edib ki, xarici ölkədə doğulmuş, yaşamış, lakin Azərbaycana gətirilmiş uşaq 18 yaşına kimi hər 3 aydan bir gedib sərhəddən keçib qayıtmalıdır, çünki əcnəbilər ölkə əraszisində 3 ay qala bilərlər.

Qeyd edək ki, Miqrasiya Məcəlləsi ikinci oxunuşda qəbul olunub.

Sizin Reklam Yeriniz