Əlaqə Arxiv
news Image
2013.05.24
16:29
| A A A
Xaricdə yaşayan vətəndaşlarımıza şad xəbər!

Bu gün Milli Məclisdə "Əmək pensiyaları haqqında" qanuna dəyişikliklər müzakirəyə çıxarılıb. Mövqe.az-ın məlumatına görə, Sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli çıxışı zamanı deyib ki, dəyişiklik xaricdə yaşayan Azərbaycan vətəndaşlarının pensiya təminatını xeyli yüngülləşdirib.

Dəyişikliyə əsasən, xaricdə daimi yaşayan Azərbaycan Respublikası vətəndaşlarının əmək pensiyasının təyinatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən aparılacaq: "Xaricdə daimi yaşayan Azərbaycan Respublikası vətəndaşlarının ərizələri və siyahısı əmək pensiyasını təyin edən orqan tərəfindən müəyyən edilən  sənədləri onların konsulluq uçotunda olduqları Azərbaycan Respublikasının diplomatik  nümayəndəlikləri və ya konsulluqları vasitəsi ilə müvafiq icra hakimiyyəti orqanına təqdim edilir".

Millət vəkili Siyavuş Novruzov isə 1995 və 2000-ci illərdə seçilən deputatların pensiyaları arasında fərqin çox böyük olduğunu söyləyib: "Hadi müəllimdən xahiş edirəm ki, bu fərqlərin aradan qaldırılması üçün müvafiq dəyişiklik edilsin".

Qeyd edək ki, müzakirələrin sonunda qanuna dəyişikliklər qəbul edilib.

Sizin Reklam Yeriniz