Əlaqə Arxiv
news Image
2013.05.24
16:58
| A A A
Suraxanının elektron xəritəsi hazırlanır
Suraxanı Rayon İcra Hakimiyyətində Operativ İdarəetmə Mərkəzi fəaliyyətə başladı

Rayon İcra Hakimiyyəti başçısının sakinlərlə mütəmadi səyyar görüşləri keçirilir, onların təklif və rəyləri dinlənilir, qarşılaşdıqları problemlərin qısa zamanda aradan qaldırılması üçün müvafiq tədbirlər görülür.

24.05.2013-cü il tarixdə Suraxanı rayonu Operativ İdarəetmə Mərkəzindən canlı bağlantı vasitəsi ilə rayonun bütün qəsəbələrini əhatə edən səyyar görüş-qəbul təşkil edilib. Görüşdə RİH başçısı aparatının məsul işçiləri, xidmət sahələrinin rəhbərləri iştirak edib. 

Operativ idarəetmə mərkəzindən canlı bağlantı vasitəsi ilə sakinlərlə keçirilən görüşdə Rayon İcra Hakimiyyətinin başçısı İlqar Abbasov məlumat verib ki, "2011-2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqrami"na əsasən Suraxanı rayonunda bir sıra işlərin görülməsi nəzərdə tutulub. Dövlət Proqramı əsasında rayonda görülməsi nəzərdə tutulmuş işlərin icra vəziyyəti icraçı idarə və təşkilatların rəhbərlərinin iştirakı ilə mütəmadi müzakirə edilir, müşavirələr keçirilir, qarşıya çıxan problemlərin həlli yolları müəyyən olunur.

Sakinlərlə görüşdə İlqar Abbasov xüsusi vurğulayıb ki, qəbul edilmiş müxtəlif dövlət proqramlarının uğurla icrası  nəticəsində abadlıq-quruculuq, yenidənqurma işlərinin sürətlənməsi, əhaliyə göstərilən sosial xidmətlərin həcminin və keyfiyyətinin yaxşılaşması istiqamətində bir sıra mühüm nailiyyətlər əldə edilib, elektrik enerjisi, qaz, istilik, su təchizatı və kanalizasiya xidmətlərinin keyfiyyətinin yüksəldilməsi sahələrində çox vacib və əsaslı sosial infrastruktur layihələri həyata keçirilib.

Rayonun altı qəsəbəsindən canlı bağlantı vasitəsi ilə səyyar-görüşdə iştirak edən sakinlər onları narahat edən məsələlərlə bağlı müraciətlər ediblər. Rayon İcra Hakimiyyətinin başçısı İlqar Abbasov qaldırılan məsələlərə aydınlıq gətirib. Səyyar görüşdə sakinlərin qaldırdıqları məsələlərin həlli istiqamətində rayon rəhbəri tərəfindən əlaqədar qurum və təşkilatların rəhbərlərinə yerindəcə tapşırıqlar verilib və onların həlli RİH rəhbərliyi tərəfindən nəzarətə götürülüb.

Rayon ərazisində aparılan abadlıq-quruculuq, yenidənqurma işlərinə görə sakinlər ölkə başçısına öz minnətdarlıqlarını bildiriblər.

Görüşdə eyni zamanda bildirilib ki, hazırda Azərbaycan Respublikası Torpaq Komitəsi tərəfindən rayonun elektron xəritəsi hazırlanır. Suraxanı rayonunun elektron xəritəsi hazırlandıqdan sonra  Operativ İdarəetmə Mərkəzinin bazasına yerləşdiriləcəkdir. Bundan sonra rayon ərazisində bütün binaların, ictimai yerlərin, fərdi yaşayış evlərinin, xəstəxanalrın, məktəblərin, uşaq bağçalarının hər biri geniş məlumatla təmin olunaraq şəbəkəyə daxil ediləcəkdir. Bu da hər hansı bir hadisə baş verdiyi zaman Operativ İdarəetmə Mərkəzində xəritə üzərində həmin ünvanlara baxarkən bütün məlumatlar görünməklə yanaşı hadisə yerinə ən yaxın şəbəkəyə daxil olmaqla operativ idarəetmə mərkəzindən müdaxilə etmək, zəruri tədbirlər görmək mümkün olacaqdır. Gələcəkdə şəbəkənin genişləndirilməsi nəzərdə tutulur. Növbəti mərhələdə Mənzil Kommunal Təsərrüfatı Birliyinin, MİS-lərin, Bələdiyyələrin, hüquq-mühafizə orqanlarının, mərkəzi icra orqanlarının rayon təşkilatlarının, sonra isə iri müəssisə və təşkilatların şəbəkəyə daxil edilməsi nəzərdə tutulur.



Sizin Reklam Yeriniz