Əlaqə Arxiv
news Image
2013.05.26
10:42
| A A A
Bakı-Quba yolunda dəhşətli qəza
Bakı-Quba yolunda avtomobil ağaca çırpılıb, sürücü ölüb

Bakı-Quba yolunda avtomobil ağaca çırpılıb. Mövqe.az Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən məlumat verir ki, Quba rayonu, Bakı-Quba yolunda "Nissan Maxima" markalı minik avtomobili idarəetməni itirərək yol kənarındakı ağaca çırpılıb. Hadisə zamanı avtomobilin sürücüsü aldığı ağır bədən xəsarətlərindən hadisə yerində vəfat edib.

Yanğınsöndürən xilasedicilər tərəfindən müxtəlif alət və avadanlıqlardan istifadə olunmaqla sürücünün sıxılmış meyiti avtomobildən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Sizin Reklam Yeriniz