Əlaqə Arxiv
news Image
2013.05.26
10:54
| A A A
“Bavariya” Çempionlar Liqasının qalibi olub
“Bavariya” və “Borussiya” arasında final qarşılaşması “Bavariya” klubunun 2:1 hesablı qələbəsi ilə yekunlaşıb

Bu gün Çempionlar Liqasının (ÇL) final oyunu keçirilib. Mövqe.az saytının məlumatına görə, Almaniya klubları - "Bavariya" və "Borussiya" Avropanın ən nüfuzlu klub turnirindən kimin güclü olduğunu müəyyənləşdirib. 90 minlik "Uembli" stadionunda baş tutan qarşılaşma "Bavariya" klubunun 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Qarşılaşmada ilk qol ikinci hissənin ortalarında vurulub. "Bavariya" 59-cu dəqiqədə Mario Mandjukiçin zərbəsində sonra hesabda önə çıxıb. Amma 10 dəqiqə sonra sevinmək növbəsi dortmundlulara çatıb. İlkay Gündoğan 68-ci dəqəqədə italiyalı hakimin təyin etdiyi penalti zərbəsindən sonra tarazlığı bərpa edib.

Lakin son anlarda "Bavariya" yenidən hesabda önə çıxıb. 89-cu dəqiqədə ilk qolun ötürməsini verən Aryen Robben bu dəfə özü fərqlənib. Hollandiyalı legioner həm də finalın ən yaxşı futbolçusu seçilib.

Münhenlilər turnirdə 5-ci qələbəsini qazanıb. Bundan əvvəl onlar 2001-ci ildə Çempionlar Liqasının çempionu olub. Qeyd edək ki, ÇL-də 1 dəfə - 1998-ci ildə üzləşən rəqiblərin 1/4 finaldakı dueli "Borussiya"nın qələbəsi ilə nəticələnib – 1:0.

Çempionlar Liqası, final

25 may

"Bavariya" (Münhen, Almaniya) - "Borussiya" (Dortmund, Almaniya) - 2:1

QOLLAR: Mandjukiç, 59; Robben, 89 - Gündoğan, 68

Baş hakim: Nikola Rizzoli (İtaliya)

London. "Uembli" stadionu

Sizin Reklam Yeriniz