Əlaqə Arxiv
news Image
2013.05.27
10:45
| A A A
Bakıda daha bir qadın kafedə qətlə yetirildi
Bakı şəhərinin Səbail rayonu ərazisində qətl hadisəsi törədilib. Rayon Polis İdarəsindən Lent.az-a verilən məlumata görə, mayın 25-də saat 21 radələrində, Tofiq Məmmədov küçəsi 5 ünvanında yerləşən kafedə 1952-ci il təvəllüdlü Qadir Cəfərqulu oğlu Həsənov tanışı 1962-ci il təvəllüdlü Rzayeva Çərkəz Mirzağa qızını bıçaqlayaraq qətlə yetirib. 62 yaşlı Q.Həsənov hadisədən sonra məsuliyyətdən yayınmaq istəsə də, Səbail RPİ əməkdaşları onu yaxalaya biliblər.Faktla əlaqədar Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə iş başlanılıb. Araşdırmalar aparılır. Qeyd edək ki, bir neçə gün əvvəl Bakı şəhərinin Nəsimi rayonu ərazisində də kafedə qətl hadisəsi törədilmişdi. Həmin vaxt kafedə işləyən qadın baltalanaraq qətlər yetirilmişdi.
Sizin Reklam Yeriniz