Əlaqə Arxiv
news Image
2013.05.27
14:30
| A A A
BDU-da bəzi tələbələr dövlət imtahanı və diplom müdafiəsindən azad olunublar
Bakı Dövlət Universitetində (BDU) tələbələrin dövlət imtahanı və diplom müdafiəsi ilə bağlı yeniliklər edilib. 

BDU-dan Mövqe.az-a verilən xəbərə görə, universitetin rektoru Abel Məhərrəmov bu məsələ ilə bağlı müvafiq əmr imzalayıb. Əmrə əsasən, orta balı 81 və 81-dən yuxarı olan və təhsil aldığı müddət ərzində yalnız A, B və C qiymətləri almış tələbələr dövlət imtahanından azaddırlar. Onlar yalnız diplom müdafiəsi edəcəklər.

Orta balı 81-dən az olan tələbələr isə dövlət imtahanı verəcəklər və onlar diplom işləri müdafiəsindən azaddırlar. Onlar komissiya qarşısına çıxmayacaqlar. Bu tələbələr sadəcə, diplom işlərini kafedralara təhvil verməlidirlər.
Sizin Reklam Yeriniz