Əlaqə Arxiv
news Image
2013.05.27
14:53
| A A A
Hava metohəssas insanlar üçün təhlükəlidir
Asif Verdiyev: " Havada anomal proses müşahidə olunmur"

"Ölkə ərazisində müşahidə olunan küləkli, yağışlı və rütubətli hava şəraiti metohəssas insanlarda diskomforta səbəb ola bilər. Amma havada anomal proses müşahidə olunmur.  Dəyişkən hava şəraiti may ayı üçün xarakterikdir. Və havanın bu ayda tez-tez dəyişməsi iqlim dəyişkənliyi ilə əlaqələndirmək düzgün olmaz." 

Bu sözləri Movqe.az-a açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun baş hidroloqu Asif Verdiyev söyləyib. A. Verdiyev bildirib ki, əvvəlki illərdə də may ayında belə dəyişkən, yağıntılı hava şəraiti müşahidə olunub: "Hətta elə illər olub ki, may ayının əvvəlində qar yağıb. 1963-cü ildə ölkə ərazisinə may ayında iqlim normasından 5 dəfə artıq yağıntı düşüb. Azərbaycanda istilər əsasən iyul-avqust aylarında müşahidə olunur. May ayında havanın belə dəyişkən keçməsinin səbəbi xəzri küləyinin üstünlük təşkil etməsidir. Ayın sonunadək dəyişkən hava şəraiti proqnozlaşdırılır". 


Sizin Reklam Yeriniz