Əlaqə Arxiv
news Image
2013.05.27
18:02
| A A A
Təhsil Nazirliyinin şöbə müdiri işdən çıxarılması xəbərinə aydınlıq gətirdi-Özəl

"Mətbuatda mənim haqqımda nə yazdıqlarındab xəbərim yoxdur. Güya məni işdən çıxarıblar, yaxud çıxardacaqlar. Mən yerimdəyəm, işimin başındayam. Cənab nazir necə məsləhət bilsə elə də olacaq".

Bu sözləri Movqe.az-a  işdən çıxarılması ilə bağlı mətbuatda yayılmış məlumatlara münasibətində Dərslik və nəşriyyat şöbəsinin müdiri Faiq Şahbazlı söyləyib. F. Şahbazlı deyib ki, onda işdən çıxarılacağı barədə də məlumat yoxdur: "Cənab nazir necə məsləhət bilsə elə də olacaq. Mən yerimdəyəm, işimin başındayam. Mənə nəyə görə, cinayət işi açmalıdırlar ki? Bu barədə sualınız varsa nazirliyin İctimaiyyətlə əlaqə şöbəsinə müraciət edin".

Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən isə sualımıza operativ cavab verilmədi. 


Sizin Reklam Yeriniz