Əlaqə Arxiv
news Image
2013.05.28
12:52
| A A A
Bakıda məktəblilər arasında keçirilən XXV Spartakiada başa çatıb
Bakı Şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ) və Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən paytaxt məktəbliləri arasında keçirilən XXV Spartakiadanın proqramına daxil olan "Cırtdan" növü üzrə yarış sona çatıb.

BŞTİ-dən Mövqe.az-a verilən xəbərə görə, Bakı şəhəri 15 nömrəli Uşaq-Gənclər İdman Məktəbində II-IV sinif şagirdləri arasında keçirilən "Cırtdan" yarışında I yeri Xətai rayonu 269 saylı tam orta məktəbin komandası, II yeri Suraxanı rayonu 278 saylı, III yeri Qaradağ rayonu 288 saylı, IV yeri Sabunçu rayonu 169 saylı, V yeri Xəzər rayonu 181 saylı, VI yeri Nizami rayonu 227 saylı, VII yeri Nərimanov rayonu 45 saylı, VIII yeri Binəqədi rayonu 244 saylı, IX yeri Yasamal rayonu 13 saylı tam orta məktəbin komandaları tutub.

XXV Spartakiadanın dama, şahmat, stolüstü tennis, voleybol, basketbol, dördnövçülük, mini-futbol, güllə atıcılığı və "Cırtdan" növləri üzrə yarışlarından sonra Sabunçu rayonu 32 xalla I, Nərimanov rayonu 54 xalla II, Xəzər rayonu 62 xalla III, Qaradağ rayonu 66 xalla IV, Xətai rayonu 80 xalla V, Səbail rayonu 80 xalla VI, Nizami rayonu 89 xalla VII, Suraxanı rayonu 94 xalla VIII, Yasamal rayonu 96 xalla IX, Binəqədi rayonu 101 xalla X və Nəsimi rayonu 141 xalla XI yerdə qərarlaşıb.
Sizin Reklam Yeriniz