Əlaqə Arxiv
news Image
2013.05.29
17:22
| A A A
TQDK buraxılış imtahanlarında iştirak edəcək şagirdlərə müraciət edib

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) buraxılış imtahanlarında iştirak edəcək şagirdlərə müraciət edib. TQDK-nın mətbuat xidmətindən Mövqe.az-a verilən xəbərə görə, 2013-cü il iyun ayının 2-də və 7-də buraxılış imtahanı verəcək orta ümumtəhsil müəssisələrinin IX və XI sinif şagirdlərinin imtahana buraxılış vərəqələri http://tqdk.gov.az/brxvbi/ saytında yerləşdirilib. Şagirdlər iş nömrəsi və ya şəxsiyyət vəsiqəsinin nömrəsindən və doğum tarixindən (nümunə: 28/01/1993) istifadə etməklə imtahana buraxılış vərəqələrini çap edə bilərlər.

 

Təhsil müəssisələrinin əlaqələndiriciləri də istifadəçi ad və parolla öz şagirdlərinin imtahana buraxılış vərəqələrini çap edə bilərlər.

Sizin Reklam Yeriniz