Əlaqə Arxiv
news Image
2013.05.29
16:01
| A A A
“Fateh”, “Fəthin yolu” və “Ümid qapısı”

Əməkdar jurnalist Xalid Niyazovun Ümummilli Lider Heydər Əliyev, Prezident İlham Əliyev və Heydər Əliyev  Fondunun prezidenti Mehriban Əliyevaya həsr olunan trilogiyasının təqdimatı keçirilib


Mayın 29-da "Four Seasons Baku" otelində Azərbaycan Respublikasının Əməkdar jurnalisti, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) İnsan Hüquqları üzrə Elmi-Tədqiqat İnstitutunun doktorantı Xalid Niyazovun Ümummilli Lider Heydər Əliyevin 90 illik yubileyinə həsr edilmiş "Fateh", "Fəthin yolu" və "Ümid qapısı" kitablarının təqdimat mərasimi keçirilib.


Mövqe.az-ın məlumatına görə, mərasimdə çıxış edən Xalid Niyazov oxuculara təqdim etdiyi "Fateh" kitabının xalqımızın ümummilli lideri Heydər Əliyevin həyat və fəaliyyətinə, "Fəthin yolu" kitabının Azərbaycanı bugünkü inkişaf yoluna gətirib çıxaran Azərbaycan  Prezidenti cənab İlham Əliyevə, "Ümid qapısı" kitabının isə Azərbaycanın birinci xanımı, UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri, Heydər Əliyev Fondunun prezidenti, Milli Məclisin deputatı Mehriban Əliyevanın fəaliyyətinə həsr edildiyini bildirib. O qeyd edib ki, "Fateh" kitabının redaktoru AMEA-nın müxbir üzvü Səlahəddin Xəlilov, "Fəthin yolu" kitabının redaktoru Milli Məclisin mədəniyyət komitəsinin sədri, AMEA-nın müxbir üzvü Nizami Cəfərov, "Ümid qapısı" kitabının redaktoru isə AMEA İnsan Hüquqları üzrə Elmi-Tədqiqat İnstitutunun direktoru hüquq elmləri üzrə fəlsəfə doktoru Aytən Mustafayevadır.


Sonra Nizami Cəfərov çıxış edərək təqdim olunan kitabların mahiyyətindən və əhəmiyyətindən söz açıb. O bildirib ki, Əməkdar jurnalist Xalid Niyazovun seçilmiş məqalələrinin toplandığı "Fəthin yolu" kitabı oxuculara AR Prezidenti İlham Əliyevin timsalında yeni dövr siyasi liderinin dolğun portretini təqdim edir. Tədbirdə çıxış edən A. Mustafayeva bildirib ki, "Ümid qapısı" kitabı Heydər Əliyev Fondunun fəaliyyətinin fərqli sahələrindən bəhs edən 4 fəsildən ibarətdir. Kitabı oxucu üçün dəyərli edən məqamlardan biri də onun sistemli və mövzular üzrə fotoillüstrasiyalarla zəngin olmasıdır.Onun sözlərinə görə, nəfis poliqrafiya məhsulu olan bu nəşr müasir əliyevşünaslığa dəyərli töhfə olacaq.


S. Xəlilov hələ ulu öndər Heydər Əliyevin sağlığında onun fəaliyyətinin işıqlandırılmasında fəal iştirak etmiş tanınmış jurnalist X.Niyazovun oxuculara təqdim etdiyi "Fateh" kitabının ümummilli liderin geniş və hərtərəfli fəaliyyətini nəsillərə çatdıranlar, onun irsini təbliğ edənlər üçün dəyərli töhfə olduğunu qeyd edib.


Tədbirdə çıxış edən Prezident yanında Kütləvi İnformasiya Vasitələrinə Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərli  isə Heydər Əliyevsiz Azərbaycanı, Azərbaycansız isə Heydər Əliyevi təsəvvür etməyin mümkün olmadığını bildirib. O, kitabları Heydər Əliyevin zəngin irsinin öyrənilməsi istiqamətində görülən işlərə növbəti mühüm töhfə kimi qiymətləndirib, Azərbaycan Dövlət Pedaqoji Universitetinin elmi işlər üzrə prorektoru professor Vilayət Əliyev, Fəlsəfə, Sosiologiya və Hüquq İnstitutunun şöbə müdiri, fəlsəfə üzrə elmləri doktoru Rəna Mirzəzadə, BDU-nun "Beynəlxalq münasibətlər" kafedrasının müdiri professorAğalar Abbasbəyli Ümummilli Lider Heydər Əliyevin müstəqillik idealları, ulu öndərin müəyyənləşdirdiyi yolla qətiyyətlə irəliləyən Prezident İlham Əliyevin apardığı uğurlu rifah və inkişaf xəttinin təbliği, Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın çoxcəhətli fəaliyyəti tanınmış jurnalist Xalid Niyazovun hər üç kitabında toplanmış məqalələrin əsas mövzusunu və aparıcı ideya istiqamətini təşkil edir.


Sizin Reklam Yeriniz