Əlaqə Arxiv
news Image
2013.05.30
11:44
| A A A
İKT və innovasiyalar iqtisadiyyatımızın şaxələndirilməsində çox mühüm rol oynayıb

Mayın 29-da Heydər Əliyev Mərkəzində Azərbaycan ilə ABŞ arasında tərəfdaşlıq əlaqələrinin yaradılmasının 21-ci ildönümü ilə bağlı "Gələcəyə baxış" Azərbaycan-ABŞ Forumunun rəsmi açılışı olub.

 

Mövqe.az-ın məlumatına görə, tədbirdə çıxış edən Azərbaycan Prezidenti İlham Əliyev həmçinin iqtisadiyyatın şaxələndirilməsi, enerji sektorundan asılılığın azaldılması, ölkənin sabit inkişafının təmin edilməsi üzrə göstərilən səyləri qeyd edib.

 

Dövlət başçısı deyib ki, təbii resurslar - neft və qaz Azərbaycana hələ bir 100 il kifayət edəcəkdir. "Amma buna baxmayaraq, biz bu "qara qızıl"ı insan kapitalına çevirməyə çalışırıq", - Prezident İlham Əliyev əlavə edib.

 

"Biz artıq bu işlərə başlamışıq. Biz aparıcı mütərəqqi texnologiyalara sərmayə qoyuruq, qeyri-neft sek
toruna sərmayələr yatırırıq. Bu ilin ilk dörd ayında bizim qeyri-neft sektorunun artımı 11 faiz təşkil etmişdir. Bu, onun göstəricisidir ki, biz ümumilikdə öz məqsədlərimizə nail oluruq və artıq iqtisadiyyatımızı şaxələndirməyə müvəffəq olmuşuq", - dövlət başçısı vurğulayıb.

 

Ölkə Prezidenti müasir texnologiyaların respublika iqtisadiyyatında rolunu da qeyd edib: "İnformasiya-kommunikasiya texnologiyaları və innovasiyalar bu gün bizim iqtisadiyyatımızın şaxələndirilməsində çox mühüm rol oynamışdır. Burada da ölkələrimiz arasında əməkdaşlıq müstəsna əhəmiyyət kəsb edir".

 

Dövlət başçısı bunun bariz nümunəsi kimi bu ilin fevral ayında ABŞ şirkəti tərəfindən hazırlanan Azərbaycanın ilk peykinin fəzaya çıxarılmasını göstərib.

 

"Bu peykin adı Azerspace-1-dir. Bu, elə onun işarəsidir ki, bundan sonra əlavə peyklər də qurulacaqdır. Biz Azərbaycanda kosmos sənayesini inkişaf etdirmək əzmindəyik. Bu əməkdaşlıq qarşılıqlı faydalı bir əməkdaşlıqdır. Bu, bizə müasir texnologiyalara sərmayələrin qoyulmasına, təhsil, insan kapitalına sərmayələrin qoyulmasına imkan verir. Eyni zamanda, ölkələrimiz arasında əməkdaşlığın genişləndirilməsinə töhfə verir", - Prezident İlham Əliyev əlavə edib.

Sizin Reklam Yeriniz