Əlaqə Arxiv
news Image
2013.05.30
13:51
| A A A
Bu günün hava şəraiti

Mövqe.az-ın Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentindən aldığı məlumata görə, Bakıda və Abşeron yarımadasında mayın 30-da hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir. Lakin gecə və səhər yarımadanın bəzi yerlərində qısamüddətli yağış yağacağı ehtimalı var. Mülayim cənub-qərb küləyi əsəcək. 

Havanın temperaturunun gecə 13-17, gündüz 23-28 dərəcə isti olacağı gözlənilir. 


Azərbaycanın rayonlarında mayın 30-da bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı, axşam tədricən kəsiləcəyi gözlənilir. Qərb küləyi əsəcək, arabir güclənəcək. 

Havanın temperaturu gecə 13-18, gündüz 25-30, dağlarda gecə 6-11, gündüz 14-19 dərəcə isti olacaq.

Sizin Reklam Yeriniz