Əlaqə Arxiv
news Image
2013.05.30
18:15
| A A A
Bakı məktəblərində "Son zəng" tədbirləri məktəb daxilində keçiriləcək-Özəl
Zəminə Əliqızı: "Sabah paytaxt məktəblərində son zəng tədbirlərinə saat 10:00-dan etibarən start veriləcək"

Sabah paytaxt məktəblərində son zəng tədbirlərinə saat 10:00-dan etibarən start veriləcək. Bakı Təhsil İdarəsinin Bynəlxalq və ictimaiyyətlə əlaqələr sektorunun müdiri Zəminə Əliqızının Movqe.az-a verdiyi məlumata görə, paytaxtın bütün məktəblərində son zəng tədbirlərinin təhlükəsiz  keçirilməsi üçün məktəb direktorlarına tapşırıqlar verilib. Z. Əliqızı orta məktəblərdə son zəng tədbirlərinin proqramlarının məzunlar tərəfindən hazırlandığını, ənənəvi olaraq bu işin məzunlara həvalə olunduğunu söylədi: "Sabah 2012 - 2013 - cü tədris ilinin son günüdür. 2012 – 2013 – cü tədris ilində Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində olan ümumtəhsil müəssisələrinin IX və XI siniflərini bitirən şagirdlərin sayı 49321 nəfərdir. Cari dərs ilində IX sinif üzrə təhsilini başa vuran şagirdlərin sayı 28321, XI sinfi bitirən məzunların sayı isə 21000 nəfərdir. 

Onbirincilərə, sabahkı tədbirdə biz də uğurlar arzulayırıq. Qoy "Son zəng" gələcək uğurlarının "İlk zəng"i olsun! Çünki bizim onların hər birinə çox böyük ümidlərimiz var. Əminik ki, bu ümidləri doğruldacaqlar". 

Z. Əliqızı məktəbdən kənar keçiriləcək son zəng tədbirlərinin məsuliyyətinin onların üzərinə düşmədiyini söylədi. İdarə səlahiyətlisi bildirdi ki, məktəb direktorlarına da tapşırılıb ki, son zəng tədbirləri məktəb daxilində keçirilsin. 

Qeyd edək ki, sabah 2012-2013-cü tədris ili üzrə respublikanın ümumtəhsil məktəblərinin buraxılış siniflərini 216734 nəfər (o cümlədən: IX sinif şagirdlərinin sayı 125250 nəfər, XI sinif şagirdlərinin sayı 91484 nəfər) başa vuracaq.


Sizin Reklam Yeriniz