Azərbaycanda 15-49 yaşlı kişilərin yarısı siqaret çəkir
Tofiq Musayev: "Ölkədə tütün çəkməyə başlamanın orta yaş həddi 19 yaşdır"
"Azərbaycanda 15-49 yaşlı kişilərin yarısı siqaret çəkir. 35-69 yaşlı kişilər arasında ağciyər xərçəngindən ölənlərin 85 faizi tütün çəkmə ilə bağlıdır".
Movqe.az-ın xəbərinə görə, bunu İctimai Səhiyyə və İslahatlar Mərkəzinin (İSİM) Əhalinin sağlamlığı şöbəsinin müdiri Tofiq Musayev "Ümumdünya Tütünsüz Günü"nə həsr olunan tədbirdə deyib. T. Musayev bildirib ki, kişilərin 77%-i ictimai yerlərdə, qadınların 41%-i isə evdə tütün tüstüsünə məruz qalırlar. Şöbə müdirinin sözlərinə görə, 40% insan siqareti evdə çəkir: "Ölkədə tütün çəkməyə başlamanın orta yaş həddi 19 yaşdır. Siqaretdən daha çox 35-44 yaş arası kişilər istifadə edir".